Azərbaycanda içki istehsalı 17 %-dək artıb

ASK
  • 03 yanvar, 2023
  • 06:04
Azərbaycanda içki istehsalı 17 %-dək artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 40 milyon 114,5 min dekalitr içki istehsal edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Azərbaycanda araq istehsalı 1 milyon 087,5 min dekalitr (1 il əvvələ nisbətən 18,1 % az), viski-konyak istehsalı 84 min dekalitr (2,8 dəfə çox), üzüm şərabı istehsalı 767,1 min dekalitr (27,5 % çox), pivə istehsalı 4 milyon 376,9 min dekalitr (4,4 % az), spirtsiz içki istehsalı isə 33 milyon 799 min dekalitr (9,6 % çox) təşkil edib.

Ötən il dekabrın 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 442,7 min dekalitr, spirtsiz içki ehtiyatı isə 358,8 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 9 %10,5 % azdır.