Azərbaycanda bu il pivot suvarma sistemləri ilə 100 min ton ərzaqlıq buğda yetişdirilib

Azərbaycanda bu il pivot suvarma sistemləri ilə 100 min ton ərzaqlıq buğda yetişdirilib Prezident İlham Əliyevin imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər” haqqında 19 iyul 2022-ci il tarixli fərman çərçivəsində bu il 100 min ton ərzaqlıq buğda yetişdirilib.
ASK
23 Oktyabr , 2023 12:56
Azərbaycanda bu il pivot suvarma sistemləri ilə 100 min ton ərzaqlıq buğda yetişdirilib

Prezident İlham Əliyevin imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər” haqqında 19 iyul 2022-ci il tarixli fərman çərçivəsində bu il 100 min ton ərzaqlıq buğda yetişdirilib.

Bunu “Report”a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Onun sözlərinə görə, həmin məhsul pivot suvarma sistemlərinin mövcud olduğu 22 min hektar ərazidə ərsəyə gətirilib.

“Gələn il bu cür daha 14 min hektar ərazidə ərzaqlıq buğda yetişdirilməsi nəzərdə tutulub. Qərara əsasən, pivot suvarma sistemlərinin mövcud olduğu ərazilər 150 min hektara çatdırılmalıdır. Bunu qarşımıza məqsəd kimi qoymuşuq”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, Azərbaycanda 2023-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 450 manat/ton olaraq müəyyənləşib. Bu, 2022-ci illə müqayisədə 130 manat və yaxud 22,4 % azdır.

Fərmana əsasən, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.

Son xəbərlər

Orphus sistemi