Azərbaycana üç ölkədən qarğıdalı tədarükü bərpa edilib
- 10 mart, 2023
- 13:36
2022-ci il ərzində Azərbaycana xaricdən 24,2 milyon ABŞ dolları dəyərində 75 min 864 ton qarğıdalı (o cümlədən toxumluq) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 19,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 74 min 204 ton (+2,6 dəfə), Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (-25 %) 984 ton (+43 %), Serbiyadan 839 min ABŞ dolları dəyərində (+41 %) 171,4 ton (+30 %), İtaliyadan 683 min ABŞ dolları dəyərində (-16 %) 124,4 ton (-22 %), Rumıniyadan 693 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 123,8 ton (+3,5 dəfə) məhsul alıb.
Altı il 9 aydan sonra Gürcüstandan (6 min ABŞ dolları dəyərində 23 ton), 6 il 5 aylıq fasilənin ardından Çilidən (0,22 min ABŞ dolları dəyərində 0,03 ton) və 4 ilin tamamında İrandan (4 min ABŞ dolları dəyərində 1,35 ton) qarğıdalı tədarükü bərpa edilib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (13 ölkədən) aldığı 30,9 min ton qarğıdalının 93,8 %-i Rusiyanın payına düşüb.