Azərbaycana 8 ölkədən gübrə idxalı bərpa edilib
- 09 mart, 2023
- 09:36
2022-ci il ərzində Azərbaycana 85,62 milyon ABŞ dolları dəyərində 103 min 315 ton gübrə (orqanik gübrələrdən başqa) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 93 % çoxdur, kəmiyyət olaraq – 20 % azdır.
Hesabat dövründə Azərbaycana Rusiyadan 61,53 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 86 min 191 ton (-17 %), Türkiyədən 8,21 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 2 min 432 ton (-14 %), Qazaxıstandan 4,26 milyon ABŞ dolları dəyərində 4 min 426 ton, Slovakiyadan 1,38 milyon ABŞ dolları dəyərində (+70 %) 1 min 77 ton (-1 %), İspaniyadan 1,26 milyon ABŞ dolları dəyərində (+93 %) 565 ton (+2,4 dəfə) məhsul gətirilib.
Azərbaycana Finlandiyadan (69 min ABŞ dolları dəyərində 45 ton), İordaniyadan (144,4 min ABŞ dolları dəyərində 51 ton), İrandan (57,3 min ABŞ dolları dəyərində 61 ton), İsveçrədən (0,05 min ABŞ dolları dəyərində 0,01 ton), Macarıstandan (96,22 min ABŞ dolları dəyərində 18,13 ton), Mərakeşdən (361 min ABŞ dolları dəyərində 162 ton), Misirdən (304 min ABŞ dolları dəyərində 242 ton) və Qazaxıstandan gübrə tədarükü bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sinqapurdan (9,5 min ABŞ dolları dəyərində 1,7 ton) tədarük həyata keçirilib.