Azərbaycan və Macarıstan aqrar məhsulların ticarət dövriyyəsini artırmağı planlaşdırır

Azərbaycan və Macarıstan aqrar məhsulların ticarət dövriyyəsini artırmağı planlaşdırır Azərbaycan və Macarıstan kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılmasını müzakirə edib.
ASK
18 Yanvar , 2024 13:44
Azərbaycan və Macarıstan aqrar məhsulların ticarət dövriyyəsini artırmağı planlaşdırır

Azərbaycan və Macarıstan kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılmasını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə müzakirələr kənd təsərrüfatı naziri Məcnun Məmmədovla Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma arasında keçirilən görüşdə baş tutub.

Məlumata görə, M.Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.

.

Son xəbərlər

Orphus sistemi