Azərbaycan Ukraynadan yulaf tədarükünü bərpa edib
- 20 dekabr, 2024
- 08:18
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,18 milyon ABŞ dolları dəyərində 1 min 461 ton yulaf idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12,3 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % çoxdur) 1 min 415 ton (+13 %), Türkiyədən 64 min ABŞ dolları dəyərində (+31 %) 33,7 ton (+31 %), Almaniyadan 9,9 min ABŞ dolları dəyərində (-10 %) 3,9 ton (+4 %), İrandan 4,3 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 4,26 ton (+2,1 dəfə), Ukraynadan 2,4 min ABŞ dolları dəyərində 1,86 ton məhsul alıb.
Azərbaycan 1 il 4 aylıq aradan sonra Ukraynadan yulaf tədarükünü bərpa edib.