Azərbaycan Ukrayna və İspaniyadan nərə balığı idxalını bərpa edib
- 05 iyun, 2023
- 12:54
Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 701 min ABŞ dolları dəyərində 325,67 ton nərə balığı (dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 274,12 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 211,85 ton (+31 %), Polşadan 116,35 min ABŞ dolları dəyərində (+18,4 %) 33,14 ton (+2,5 dəfə), İtaliyadan 74,14 min ABŞ dolları dəyərində (-48 %) 9,89 ton (-59 %), Türkiyədən 72,28 min ABŞ dolları dəyərində (+31 dəfə) 17,89 ton (+47 dəfə), Çindən 59,92 min ABŞ dolları dəyərində 14 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Altı il 8 aylıq fasilənin ardından İspaniyadan (1,65 min ABŞ dolları dəyərində 1,11 ton), 4 il 4 aylıq aradan sonra Ukraynadan (1,12 min ABŞ dolları dəyərində 0,5 ton) tədarük bərpa edilib.