Azərbaycan tütün xammalı ixracını 4,5 dəfə artırıb

Azərbaycan tütün xammalı ixracını 4,5 dəfə artırıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 22 milyon 312,8 min ABŞ dolları dəyərində 7 min 254 ton tütün xammalı ixrac olunub.
ASK
10 Dekabr , 2024 19:12
Azərbaycan tütün xammalı ixracını 4,5 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 22 milyon 312,8 min ABŞ dolları dəyərində 7 min 254 ton tütün xammalı ixrac olunub.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün xammalı ixracında 3,2 dəfə, satılmış məhsulun dəyərində isə 4,5 dəfə artım qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda istehsal olunan tütün xammalı əsasən Moldova, Rusiya, BƏƏ, Gürcüstan, Türkiyə, Avstriya, Bolqarıstan, İtaliya, Litva, Polşa, Yunanıstana ixrac edilir.

Azərbaycanda tütün becərilməsi üçün subsidiyalar ayrılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə becərilən və tədarük məntəqələrinə təhvil verilən Virciniya sortu yaş tütünün hər tonuna görə fermerə 36 manat vəsait ödəniləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilib təhvil verilən Vircinya sortu tütünün hər tonuna görə isə fermerə 34 manat məhsul subsidiyası ödənilməsi nəzərdə tutulur. Növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş və təmin olunmamış sahələrdə becərilib təhvil verilən quru tütünün hər tonuna görə isə fermerə analoji olaraq 220 manat və 200 manat məhsul subsidiyası veriləcək. Yaş tütünə görə analoji olaraq 22 manat (müasir suvarma) və 20 manat (adi suvarma) məhsul subsidiyasının verilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi