Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 2 % artırıb

ASK
  • 04 mart, 2024
  • 12:36
Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 27,697 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 % çoxdur.

Təkcə fevralda Türkiyə Azərbaycana 14,502 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 8,6 % azdır.

Hesabat dövründə Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 15,5 % artaraq 2 milyard 083,2 milyon ABŞ dollarına, fevralda isə 27,9 % artaraq 1 milyard 051,9 milyon ABŞ dollarına çatıb.