Azərbaycan Tailanddan kokos alışını kəskin artırıb

ASK
  • 30 may, 2023
  • 10:36
Azərbaycan Tailanddan kokos alışını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 244,4 min ABŞ dolları dəyərində 112 ton hind qozu (kokos) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 % azdır, kəmiyyət olaraq – 14,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan İndoneziyadan 168,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % çoxdur) 78 ton (+56 %), Kot-divuardan 39,25 min ABŞ dolları dəyərində (+40 %) 19,21 ton (+37 %), Tailanddan 11,82 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 2,46 ton (+3,4 dəfə), Vyetnamdan 8,45 min ABŞ dolları dəyərində (-88 %) 4,1 ton (-87,7 %), İrandan 7 min ABŞ dolları dəyərində 3,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilən 1,347 milyon ABŞ dolları dəyərində kokosun 39 %-i İndoneziyanın, 32,2 %-i Vyetnamın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti