Azərbaycan son 5 ayda Qazaxıstandan 179 min ton buğda idxal edib
ASK
- 27 fevral, 2019
- 08:11
Bakı. 27 fevral. REPORT.AZ/ 2018/19-cu il mövsümün ilk 5 ayı ərzində (sentyabr-yanvar) Azərbaycan Qazaxıstandan 179,4 min ton buğda idxal edib.
“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Taxıl İttifaqının Ekspertlər Şurasının üzvü Yevgeni Karabanov bildirib.
Onun sözlərinə görə, hesabat dövründə Qazaxıstan 4,1 mln. ton buğda və buğda ekvivalentində un ixrac edib ki, bu da illik müqayisədə 11% çoxdur. Bunun 2,7 mln. tonu buğda olub.
5 ay ərzində Qazaxıstan ən çox Türkmənistana burğda ixrac edib - 225,5 min ton. Bu son 15 ilin rekord göstəricisi olub.
Bununla yanaşı, Tacikistan (522,2 min ton), Əfqanıstan (211,6 min ton) və Çin (172 min ton) Qazaxıstan buğdasının ənənəvi alıcıları arasındadır.
Son xəbərlər
23:40
"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib
Futbol23:34
Trampın iqamətgahı üzərində uçan təyyarə ələ keçirilib
Digər ölkələr23:15
Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb
Digər ölkələr23:01
"Trabzonspor" Salahın het-trik etdiyi oyunda "Qalatasaray"a qalib gəlib
Futbol22:59
Fidan Türkiyənin husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını istisna etməyib
Digər ölkələr22:57
İran ordusu CENTCOM-un Hörmüzlə bağlı bəyanatını təkzib edib
Region22:47
AFP: Yəmən qüvvələri və husilər arasındakı döyüşlərdə 50-yə yaxın şəxs həlak olub
Digər ölkələr22:36
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Region22:28