Azərbaycan Səudiyyə Ərəbistanına yerkökü və şalğam ixracını 8 dəfə artırıb
- 14 oktyabr, 2024
- 12:01
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1 milyon ABŞ dolları dəyərində 2 min 358 ton yerkökü və şalğam (təzə və soyudulmuş) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 22 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 738 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % azdır) 1 min 537 ton (-23 %), Ukraynaya 169 min ABŞ dolları dəyərində (-29 %) 519,83 ton (-60 %), Belarusa 70,21 min ABŞ dolları dəyərində (-16 %) 173,6 ton (+51 %), Səudiyyə Ərəbistanına 21,54 min ABŞ dolları dəyərində (+5 dəfə) 2 ton (+8 dəfə) və Gürcüstana 30,69 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 124 ton (+2,9 dəfə) məhsul satıb.
2023-cü ildə Azərbaycandan 5 ölkəyə ixrac edilmiş 3 min ton yerkökü və şalğamın 66 %-i Rusiyanın payına düşüb.