Azərbaycan Serbiyadan gübrə tədarük etməyə başlayıb
- 17 iyul, 2023
- 07:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 29,219 milyon ABŞ dolları dəyərində 45 min 269 ton gübrə (orqanik gübrələrdən başqa) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 51,5 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 20,162 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çoxdur) 38 min 595 ton (+55 %), Türkiyədən 663 min ABŞ dolları dəyərində (-32 %) 271 ton (-20 %), Slovakiyadan 767 min ABŞ dolları dəyərində (+13,5 dəfə) 864 ton (+9 dəfə), Çindən 563,2 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 312 ton (+40 %), Çexiyadan 791 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 742 ton (+72 %) məhsul gətirib.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Serbiyadan (38 min ABŞ dolları dəyərində 20 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana idxal edilən (33 ölkədən) 103 min 315 ton gübrənin (orqanik gübrədən başqa) 83,4 %-i Rusiyanın payına düşüb.