Azərbaycan Rumıniyadan qarğıdalı idxalını kəskin artırıb

ASK
  • 06 iyun, 2023
  • 06:51
Azərbaycan Rumıniyadan qarğıdalı idxalını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 8,4 milyon ABŞ dolları dəyərində 22 min 666 ton qarğıdalı (o cümlədən toxumluq) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 3,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 4,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 21 min 911 ton (+3,4 %), Türkiyədən 1,8 milyon ABŞ dolları dəyərində (+91,4 %) 437 ton (-11 %), Serbiyadan 696 min ABŞ dolları dəyərində (+6 %) 131 ton (-15 %), Rumıniyadan 397 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 80,3 ton (+2,7 dəfə), Fransadan 284,34 min ABŞ dolları dəyərində 43,5 ton məhsul alıb.

2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilən 75 min 864 ton qarğıdalının 97,8 %-i Rusiyanın payına düşüb.