Azərbaycan Polşadan giləmeyvə tədarükünü bərpa edib

ASK
  • 07 fevral, 2025
  • 10:29
Azərbaycan Polşadan giləmeyvə tədarükünü bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 551 min ABŞ dolları dəyərində 33 ton giləmeyvə (moruq, böyürtkən, tut, qarağat, motmutu, quşüzümü, qaragilə, digər giləmeyvələr) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çoxdur, kəmiyyət olaraq – 48 % azdır.

Hesabat dövründə Azərbaycan Perudan 228 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 13,42 ton (+26 %), Mərakeşdən 159 min ABŞ dolları dəyərində (+66 %) 9,4 ton (+64 %), Lüksemburqdan 75 min ABŞ dolları dəyərində (-18 %) 4,5 ton (-17 %), Niderlanddan 41 min ABŞ dolları dəyərində (+46 %) 2,7 ton (+50 %), Zimbabvedən 16,4 min ABŞ dolları dəyərində (+61 %) 0,96 ton (+60 %) məhsul alıb.

Azərbaycan 2 il 7 aylıq fasilənin ardından Polşadan tədarükü (5,61 min ABŞ dolları dəyərində 0,33 ton) bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti