Azərbaycan Namibiyadan üzüm tədarükünü bərpa edib
- 04 iyun, 2024
- 09:55
Bu ilin yanvar-mart aylarında Azərbaycan 27,76 min ABŞ dolları dəyərində 25 ton təzə üzüm idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 75 %, kəmiyyət olaraq – 56 % çoxdur.
Hesabat dövründə Azərbaycan Perudan 14,45 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,1 dəfə çoxdur) 14,4 ton (+4,1 dəfə), Cənubi Afrikadan 10,38 min ABŞ dolları dəyərində (+79 %) 8 ton (+38 %), Hindistandan 1,54 min ABŞ dolları dəyərində 1,54 ton (bir il əvvəl tədarük olmayıb), Namibiyadan 0,62 min ABŞ dolları dəyərində 0,62 ton, Çilidən 0,41 min ABŞ dolları dəyərində (+8 %) 0,41 ton (+8 %) məhsul alıb.
Azərbaycan 4 il 1 aylıq fasilənin ardından Namibiyadan üzüm tədarükünü bərpa edib.