Azərbaycan İtaliyadan zeytun idxalını 16 dəfə artırıb
- 14 iyun, 2024
- 11:55
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 1,18 milyon ABŞ dolları dəyərində 475 ton hazır və ya konservləşdirilmiş zeytun idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 31 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 630,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 36 % çoxdur) 199 ton (-7 %), İspaniyadan 435 min ABŞ dolları dəyərində (+29 %) 221 ton (+92 %), Macarıstandan 56 min ABŞ dolları dəyərində 22 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 34 min ABŞ dolları dəyərində (+7 dəfə) 12,86 ton (+16 dəfə), Yunanıstandan 23,4 min ABŞ dolları dəyərində (-60 %) 20 ton (-12 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 9 ölkədən idxal edilmiş 1 min 915 ton zeytunun 46,8 %-i Türkiyənin, 46,5 %-i İspaniyanın payına düşüb.