Azərbaycan İtaliyadan mal-qara almağa başlayıb

ASK
  • 31 iyul, 2023
  • 06:47
Azərbaycan İtaliyadan mal-qara almağa başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 12,1 milyon ABŞ dolları dəyərində 3 min 589 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 91 %, kəmiyyət olaraq – 69 % çoxdur.

Hesabat dövründə Azərbaycan Uruqvaydan 6,7 milyon ABŞ dolları dəyərində 2 min ədəd (bir il əvvəl tədarük olmayıb), Danimarkadan 1,1 milyon ABŞ dolları dəyərində 311 ədəd (1 il 2 aydan sonra tədarük bərpa edilib), Estoniyadan 989,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % azdır) 296 ədəd (-52 %), Almaniyadan 905 min ABŞ dolları dəyərində (-23 %) 285 ədəd (-32 %), Macarıstandan 635,3 min ABŞ dolları dəyərində (-45 %) 189 ədəd (-56 %) mal-qara alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İtaliyadan (487,1 min ABŞ dolları dəyərində 144 ədəd) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 7 min 881 ədəd mal-qaranın 40,6 %-i Uruqvayın, 15 %-i Estoniyanın, 13,7 %-i Avstriyanın, 11,5 %-i Türkiyənin payına düşüb.

44 filmi