Azərbaycan İsrailə fındıq ixracını bərpa edib
- 23 iyun, 2023
- 12:05
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 48,85 milyon ABŞ dolları dəyərində 9 min 945 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,7 % azdır, kəmiyyət olaraq – 15 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 21,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 67 % çoxdur) 4 min 839 ton (+2 dəfə), Almaniyaya 10,5 milyon ABŞ dolları dəyərində (+16,4 %) 1 min 895 ton (+33,1 %), İtaliyaya 7,5 milyon ABŞ dolları dəyərində (-68 %) 1 min 336 ton (-64,5 %), Türkiyəyə 1,8 milyon ABŞ dolları dəyərində 354 ton (bir il əvvəl tədarük olmayıb), İsveçrəyə 1,8 milyon ABŞ dolları dəyərində (+4,7 dəfə) 300 ton (+5 dəfə) məhsul satıb.
Azərbaycan 9 il 2 ayın tamamında İsrailə (110 min ABŞ dolları dəyərində 20 ton) fındıq ixracını bərpa edib.
2022-ci ildə Azərbaycandan (22 ölkəyə) ixrac edilən 21,9 min ton fındığın 52,5 %-i Rusiyanın payına düşüb.