Azərbaycan İspaniyadan kivi tədarük etməyə başlayıb

ASK
  • 11 fevral, 2025
  • 08:38
Azərbaycan İspaniyadan kivi tədarük etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 2,24 milyon ABŞ dolları dəyərində 3 123 ton kivi idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 %, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan İrandan 2,15 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % azdır) 3 054 ton (-4 %), Çilidən 78,8 min ABŞ dolları dəyərində (+88 %) 56 ton (+87 %), Çindən 33,2 min ABŞ dolları dəyərində (+27 %) 11 ton (+57 %), İtaliyadan 7,14 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 0,9 ton (-17 %), Yeni Zelandiyadan 6,2 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 0,77 ton (+2,5 dəfə) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyadan tədarük (0,9 min ABŞ dolları dəyərində 0,11 ton) həyata keçirilib.

2023-cü ildə Azərbaycana (7 ölkədən) idxal edilən 4 min ton kivinin 99 %-i İranın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti