Azərbaycan İspaniyadan kələm idxalını bərpa edib

ASK
  • 07 avqust, 2024
  • 12:35
Azərbaycan İspaniyadan kələm idxalını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 330,1 min ABŞ dolları dəyərində 744,5 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq - 38 % azdır.

Azərbaycan Rusiyaya 318,17 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % azdır) 724,69 ton (-29 %) və Ukraynaya 11,91 min ABŞ dolları dəyərində (-59 %) 19,85 ton (-83 %) məhsul satıb.

Hesabat dövründə Azərbaycan 26,32 min ABŞ dolları dəyərində (+37 %) 54,57 ton (+57 %) kələm idxal edib.

Azərbaycan İrandan 16,73 min ABŞ dolları dəyərində (-5 %) 33,98 ton (+0,7 %), Türkiyədən 6,88 min ABŞ dolları dəyərində 17,2 ton (bir il əvvəl tədarük olmayıb), İspaniyadan 2,23 min ABŞ dolları dəyərində 2,79 ton və Niderlanddan 0,48 min ABŞ dolları dəyərində (+10 dəfə) 0,6 ton (+20 dəfə) kələm alıb.

Azərbaycan 1 il 9 aylıq fasilənin ardından İspaniyadan kələm tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti