Azərbaycan İrandan qarğıdalı idxalını bərpa edib
- 24 dekabr, 2024
- 10:30
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 20 milyon ABŞ dolları dəyərində 65 min 755 ton qarğıdalı (o cümlədən toxumluq) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 3,6 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 13,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 % çoxdur) 64 min ton (-0,3 %), Türkiyədən 2,6 milyon ABŞ dolları dəyərində (-17 %) 993 ton (+33 %), Serbiyadan 811 min ABŞ dolları dəyərində (-30 %) 127 ton (-46 %), Rumıniyadan 665 min ABŞ dolları dəyərində (+55 %) 126 ton (+45 %), Ukraynadan 601 min ABŞ dolları dəyərində (+79 %) 115 ton (+83 %) məhsul alıb.
Azərbaycan 1 il 8 aylıq fasilənin ardından İrandan (44,5 min ABŞ dolları dəyərində 11,6 ton) tədarükü bərpa edib.