Azərbaycan İndoneziyadan dondurulmuş meyvə almağa başlayıb

ASK
  • 28 iyul, 2023
  • 11:23
Azərbaycan İndoneziyadan dondurulmuş meyvə almağa başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xaricdən 107,14 min ABŞ dolları dəyərində 40,66 ton dondurulmuş meyvə (çiyələk və bağ çiyələyi, moruq, böyürtkən, tut giləmeyvəsi və ya çəkil, loqanov giləmeyvəsi, qara, ağ və ya qırmızı qarağat və firəng üzümü, digər) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 25 % azdır.

Azərbaycan Polşadan 58 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % azdır) 23,2 ton (-28 %), Çindən 17 min ABŞ dolları dəyərində (-84 %) 7 ton (-75 %), Belçikadan 9,5 min ABŞ dolları dəyərində (-27 %) 2,91 ton (-12 %), Rusiyadan 8,1 min ABŞ dolları dəyərində (+8,7 dəfə) 3 ton (+17 dəfə), İrandan 6 min ABŞ dolları dəyərində (+53 %) 3 ton (+71 %) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İndoneziyadan (1,72 min ABŞ dolları dəyərində 0,21 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilən 276 ton dondurulmuş meyvənin 47 %-i Çinin, 37,5 %-i Polşanın payına düşüb.

44 filmi