Azərbaycan iki ölkəyə pambıq yağı ixrac etməyə başlayıb
- 27 avqust, 2024
- 07:31
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 1,33 milyon ABŞ dolları dəyərində 2 min 247 ton pambıq yağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 42 dəfə, kəmiyyət olaraq – 30 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 761,55 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 951 dəfə çoxdur) 1 min 467 ton (+18 338 dəfə), Malayziyaya 373,95 min ABŞ dolları dəyərində 534,22 ton, Tacikistana 169 min ABŞ dolları dəyərində 325 ton (bir il əvvəl tədarük olmayıb), Qırğızıstana 23,8 min ABŞ dolları dəyərində (-25 %) 18,2 ton (-0,2 %), Gürcüstana 4,13 min ABŞ dolları dəyərində 2,18 ton məhsul ixrac edib.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa (0,49 min ABŞ dolları dəyərində 0,24 ton) və Malayziyaya tədarük həyata keçirilib.