Azərbaycan iki Avropa ölkəsindən təbii bal tədarükünü bərpa edib
- 17 yanvar, 2022
- 06:02
Ötən ilin 11 ayı ərzində Azərbaycana xaricdən 613,22 min ABŞ dolları dəyərində 123,08 ton təbii bal gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 36,89 %, kəmiyyət olaraq – 3,97 % artıb.
Hesabat dövründə Rusiyadan 268,54 min ABŞ dolları dəyərində 53,66 ton, Türkiyədən 167,16 min ABŞ dolları dəyərində 25,28 ton, İrandan 105,22 min ABŞ dolları dəyərində 35,94 ton, İspaniyadan 33,76 min ABŞ dolları dəyərində 3,48 ton, Almaniyadan 15,45 min ABŞ dolları dəyərində 1,73 ton məhsul alınıb.
Əvvəlki ilin analoji dövrü ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 2,1 dəfə və 2,1 dəfə, Türkiyədən – 9,42 % artıb və 11,95 %, İrandan – 7,56 % və 36,24 %, Almaniyadan – 18,21 % və 20,64 % azalıb. Ölkəmiz 3 il altı aylıq aradan sonra İspaniyadan, 1 il 11 aylıq fasilənin ardından Fransadan təbii bal alışını bərpa edib.
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 5,39 min ABŞ dolları dəyərində 0,45 ton təbii bal göndərilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,9 % azalıb və 55,2 % artıb. Balımız Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və təyin olunmayan ölkəyə satılıb. Sonuncunun ixracdakı payı 53,4 % olub.