Azərbaycan Hindistandan dondurulmuş mal əti alışını kəskin artırıb
- 02 iyun, 2023
- 05:46
Bu ilin yanvar-mart aylarında Azərbaycan 3,5 milyon ABŞ dolları dəyərində 922,43 ton dondurulmuş iribuynuzlu heyvan əti idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 52 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynadan 2,61 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35 % çoxdur) 552 ton (+36 %), Hindistandan 646 min ABŞ dolları dəyərində (+81,5 %) 252 ton (+2,3 dəfə), Braziliyadan 148 min ABŞ dolları dəyərində (-53 %) 107,4 ton (+37 %), İordaniyadan 66,3 min ABŞ dolları dəyərində 9 ton (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 13,5 min ABŞ dolları dəyərində (+2,2 %) 0,31 ton (-40 %) ət alıb.
2022-ci ildə Azərbaycana (18 ölkədən) idxal edilən 3 min 763 ton dondurulmuş mal ətinin 61,7 %-i Ukraynanın, 24,5 %-i Hindistanın payına düşüb.