Azərbaycan əsas tədarük bazarından un alışını kəskin artırıb

ASK
  • 28 iyun, 2023
  • 06:33
Azərbaycan əsas tədarük bazarından un alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 9,62 milyon ABŞ dolları dəyərində 30 min 980 ton un (buğda və ya buğda-çovdar, qarğıdalı, digər dənlilərin) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 9,51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 30 min 881 ton (+2,3 dəfə), Türkiyədən 81,38 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 83 ton (+3,5 dəfə), Lüksemburqdan 8,78 min ABŞ dolları dəyərində (+9,7 dəfə) 2,86 ton (+9,2 dəfə), Fransadan 6,2 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 4,2 ton (+82 %), İtaliyadan 4 min ABŞ dolları dəyərində (-7 %) 1,33 ton (-60 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilən 29,73 min ton unun 97,98 %-i Rusiyanın payına düşüb.