Azərbaycan Əlcəzairdən xurma alışını kəskin artırıb

ASK
  • 27 may, 2024
  • 12:57
Azərbaycan Əlcəzairdən xurma alışını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 7,38 milyon ABŞ dolları dəyərində 5 min ton xurma (təzə və ya qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % çoxdur) 3 min 446 ton (+8,3 %), Tunisdən 1,82 milyon ABŞ dolları dəyərində (+65 %) 990 ton (+59 %), Əlcəzairdən 937 min ABŞ dolları dəyərində (+6 dəfə) 502 ton (+6 dəfə), İsraildən 405,3 min ABŞ dolları dəyərində (+7,4 %) 56 ton (+10 %), Fələstindən 130 min ABŞ dolları dəyərində 19 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 7 min 966 ton xurmanın 77,2 %-i İranın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti