Azərbaycan dörd ölkədən armud idxalını bərpa edib

ASK
  • 27 sentyabr, 2022
  • 10:56
Azərbaycan dörd ölkədən armud idxalını bərpa edib

2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycan 1,826 milyon ABŞ dolları dəyərində 2 min 023 ton armud idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,2 %, kəmiyyət olaraq – 11,7 % çoxdur.

Belçikadan 1,154 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 1 min 282 ton (-15,3 %), Türkiyədən 281,13 min ABŞ dolları dəyərində (+4 dəfə) 312,37 ton (+4 dəfə), Cənubi Afrika Respublikasından 202,26 min ABŞ dolları dəyərində (+44,2 %) 224,53 ton (+43,6 %), Polşadan 70,76 min ABŞ dolları dəyərində 78,62 ton, Portuqaliyadan 58,24 min ABŞ dolları dəyərində 58,24 ton, Çindən 2,31 min ABŞ dolları dəyərində 2,56 ton, Çilidən 2,02 min ABŞ dolları dəyərində 2,24 ton və Niderlanddan 0,73 min ABŞ dolları dəyərində (-98,6 %) 0,03 ton (-99,9 %) məhsul alınıb.

Doqquz il 2 aylıq fasilənin ardından Polşadan, 3 il 4 aydan sonra Çindən, 1 il 9 ayın tamamında Çilidən və 1 il 3 aylıq aradan sonra Portuqaliyadan tədarük bərpa edilib.

Hesabat dövründə xaricə 1,258 milyon ABŞ dolları dəyərində (+30 %) 1 min 793 ton (+29,6 %) armud göndərilib.

Rusiyaya 1,247 milyon ABŞ dolları dəyərində (+30,3 %) 1 min 760 ton (+31 %) və Qazaxıstana 11,59 min ABŞ dolları dəyərində (+41,5 %) 33,51 ton (+50 %) məhsul satılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti