Azərbaycan Danimarkadan alabalıq tədarükünü bərpa edib

ASK
  • 21 dekabr, 2024
  • 06:45
Azərbaycan Danimarkadan alabalıq tədarükünü bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 11,34 milyon ABŞ dolları dəyərində 2 min 603 ton alabalıq (diri, təzə və ya soyudulmuş, dondurulmuş, hisə verilmiş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 81 %, kəmiyyət olaraq 91 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 10,33 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 71 % çoxdur) 2 min 447 ton (+82 %), Türkiyədən 455 min ABŞ dolları dəyərində (+9 dəfə) 117,3 ton (+15 dəfə), Ukraynadan 291 min ABŞ dolları dəyərində (+12 dəfə) 18,1 ton (+18 dəfə), Norveçdən 101,57 min ABŞ dolları dəyərində (+9 dəfə) 11,96 ton (+13 dəfə), Belarusdan 97,12 min ABŞ dolları dəyərində (-15 %) 5,45 ton (-17 %) alabalıq alıb.

Azərbaycan 5 il 7 aylıq fasilənin ardından Danimarkadan (1,5 min ABŞ dolları dəyərində 0,1 ton) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 1 min 998 ton alabalığın 98,5 %-i İranın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti