Azərbaycan daha iki ölkəyə arpa satmağa başlayıb
- 02 fevral, 2022
- 11:03
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 6 milyon 087,52 min ABŞ dolları dəyərində 31 min 337,72 ton arpa göndərilib. 2020-ci ildə ölkəmizdən xaricə arpa tədarükü olmayıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, 2019-cu ilin analoji dövrü ilə müqayisədə ötənilki ixrac dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 94,4 % artıb.
Hesabat dövründə Azərbaycan İraqa 5 milyon il 476,99 min ABŞ dolları dəyərində 28 min 164,2 ton, Əfqanıstana 239,15 min ABŞ dolları dəyərində 1 min 258,71 ton, İrana 300,59 min ABŞ dolları dəyərində 1 min 560,91 ton, Türkiyəyə 70,78 min ABŞ dolları dəyərində 353,9 ton məhsul satıb.
Bir il 5 aylıq fasilənin ardından İraqa, 1 il 6 aylıq aradan sonra İrana ixrac bərpa edilib. Ötən il ilk dəfə olaraq Azərbaycandan Əfqanıstana və Türkiyəyə arpa tədarükü həyata keçirilib.
2020-ci ilin yanvar-noyabr aylarında ölkəmizə 2 milyon 880,36 min ABŞ dolları dəyərində 14 min 007,8 ton arpa (toxumluq istisna olmaqla) idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 61,1 % və 67,98 % azalıb.
Azərbaycan Rusiyadan 2 mln 845,5 min ABŞ dolları dəyərində 13 min 803,8 ton, Qazaxıstandan 34,86 min ABŞ dolları dəyərində 204 ton məhsul alıb. Rusiyadan tədarük müvafiq olaraq 64,47 % və 70,56 % azalıb, Qazaxıstandan – 90,76 və 91,1 % azalıb.