Azərbaycan daha iki ölkədən küncüt toxumu tədarük etməyə başlayıb
- 12 sentyabr, 2024
- 12:28
Bu ilin I yarısında Azərbaycan 552 min ABŞ dolları dəyərində 244 ton küncüt toxumu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 16 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 190,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 74 ton (+3 dəfə), Hindistandan 176 min ABŞ dolları dəyərində (-55 %) 68,7 ton (-63 %), İrandan 149,4 min ABŞ dolları dəyərində (+3 dəfə) 88 ton (+3 dəfə), Nigerdən 28 min ABŞ dolları dəyərində 14 ton, Böyük Britaniyadan 7,8 min ABŞ dolları dəyərində 0,1 ton məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Nigerdən və Böyük Britaniyadan tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 462 ton küncüt toxumunun 47,7 %-i Hindistanın, 26,5 %-i İranın payına düşüb.