Azərbaycan daha iki ölkədən keşyu fındığı tədarük etməyə başlayıb
- 11 oktyabr, 2024
- 12:17
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1,49 milyon ABŞ dolları dəyərində 220,53 ton keşyu fındığı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10,5 %, kəmiyyət olaraq – 18 % çoxdur.
Hesabat dövründə Azərbaycana Vyetnamdan 1,17 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 181 ton (+27 %), Hindistandan 246 min ABŞ dolları dəyərində (-23 %) 30,8 ton (-22 %), Kot d'İvuardan 55,7 min ABŞ dolları dəyərində 7 ton, Birləşmiş Tanzaniya Respublikasında 7,1 min ABŞ dolları dəyərində 1 ton, Almaniyadan 1,14 min ABŞ dolları dəyərində (+25 %) 0,06 ton (+20 %) məhsul gətirilib.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kot d'İvuardan və Tanzaniyadan tədarük həyata keçirilib.