Azərbaycan daha bir ölkəyə pambıq tədarük etməyə başlayıb

ASK
  • 25 iyul, 2023
  • 05:19
Azərbaycan daha bir ölkəyə pambıq tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 50,4 milyon ABŞ dolları dəyərində 27 min ton pambıq mahlıcı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 59 %, kəmiyyət olaraq – 48 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 44,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 62 % azdır) 24 min 100 ton (-50 %), İrana 3,1 milyon ABŞ dolları dəyərində (-37 %) 1 min 373 ton (-55 %) və Türkmənistana 3,1 milyon ABŞ dolları dəyərində 1 min 529 ton məhsul göndərib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistana tədarük həyata keçirilib.

44 filmi