Azərbaycan daha bir ölkəyə kələm tədarük etməyə başlayıb

ASK
  • 23 noyabr, 2023
  • 12:17
Azərbaycan daha bir ölkəyə kələm tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 529 min ABŞ dolları dəyərində 1 min 269 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 28 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 466,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 64 % çoxdur) 1 min 23 ton (+49 %), Ukraynaya 29,6 min ABŞ dolları dəyərində (+2 %) 113,7 ton (+2 dəfə), Gürcüstana 21,8 min ABŞ dolları dəyərində (-39 %) 109 ton (-30 %), ilk dəfə Səudiyyə Ərəbistanına 6,9 min ABŞ dolları dəyərində 1,8 ton və Belarusa 4,15 min ABŞ dolları dəyərində (-92 %) 20,75 ton (-77 %) kələm tədarük edib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilmiş 994 ton kələmin 69,3 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti