Azərbaycan daha bir ölkəyə giləmeyvə ixrac etməyə başlayıb

ASK
  • 13 sentyabr, 2024
  • 08:46
Azərbaycan daha bir ölkəyə giləmeyvə ixrac etməyə başlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 142,46 min ABŞ dolları dəyərində 38,52 ton giləmeyvə (moruq, böyürtkən, tut, qarağat, motmutu, quşüzümü, qaragilə, digər giləmeyvələr) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 74 %, kəmiyyət olaraq – 82 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 103,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 80 % azdır) 32,9 ton (-84 %) və Qətərə 39,27 min ABŞ dolları dəyərində 5,61 ton məhsul satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə tədarük həyata keçirilib.