Azərbaycan daha bir ölkədən qreypfrut almağa başlayıb

ASK
  • 07 iyun, 2023
  • 07:18
Azərbaycan daha bir ölkədən qreypfrut almağa başlayıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 263,8 min ABŞ dolları dəyərində 322,14 ton qreypfrut idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 17,4 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 252 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 18 % azdır) 315 ton (-18 %), Çindən 8,61 min ABŞ dolları dəyərində (-11,4 %) 5,74 ton (-11,3 %), Vyetnamdan 1,8 min ABŞ dolları dəyərində 1,2 ton və Tailanddan 1,68 min ABŞ dolları dəyərində 0,59 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnamdan tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti