Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başlayıb

ASK
  • 12 oktyabr, 2024
  • 05:23
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 78 min ABŞ dolları dəyərində 111,1 ton lobya (təzə və ya soyudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27,3 %, kəmiyyət olaraq – 27 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 72,51 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32,3 % azdır) 103,24 ton (-33 %), İrandan 5,46 min ABŞ dolları dəyərində 7,8 ton (bir il əvvəl tədarük olmayıb) və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 0,04 min ABŞ dolları dəyərində 0,03 ton məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-dən tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti