Azərbaycan daha bir ölkədən kartof almağa başlayıb
- 30 may, 2023
- 07:04
Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 17 milyon ABŞ dolları dəyərində 60 min 521 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7,1 % çoxdur, kəmiyyət olaraq – 2 % azdır.
Hesabat dövründə Azərbaycan Belarusdan 5,76 milyon ABŞ dolları dəyərində 18 min 435 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 4,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 253 dəfə çoxdur) 16 min 112 ton (+248 dəfə), İrandan 3,46 milyon ABŞ dolları dəyərində (-33 %) 13 min 300 ton (-36 %), Pakistandan 2,33 milyon ABŞ dolları dəyərində (+52,4 %) 7 min 494 ton (+47,3 %), Türkiyədən 984 min ABŞ dolları dəyərində (-86,7 %) 3 min 749 ton (-87 %) məhsul gətirib.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyadan (8 min ABŞ dolları dəyərində 25 ton) tədarük həyata keçirilib.