Azərbaycan daha bir ölkədən pendir tədarük etməyə başlayıb
- 10 yanvar, 2022
- 07:41
2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 5,11 milyon ABŞ dolları dəyərində 18 min 273,92 ton pendir (adi və əridilmiş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, 2020-ci ilin analoji dövrü ilə müqayisədə tədarük dəyər ifadəsində 9,8 %, kəmiyyət olaraq - 13,53 % artıb.
Hesabat dövründə Azərbaycan 28 ölkədən pendir alıb. Ötən il ilk dəfə olaraq Banqladeşdən bu süd məhsulunun tədarükünə başlanıb. Bu ölkədən 35,82 min ABŞ dolları dəyərində 6,03 ton pendir alınıb.
2021-ci ilin ilk 10 ayında pendir aldığımız əsas ölkələr – TOP-10:
| Ölkə | Həcm, ton | İllik dinamika | Dəyər, min ABŞ dolları | İllik dinamika |
| Almaniya | 726,86 | -5,74 % | 3 055,16 | 1,57 % |
| Litva | 630,97 | -13,22 % | 2 757,34 | -0,28 % |
| Türkiyə | 664,41 | 58,45 % | 2 608,23 | 56,64 % |
| Rusiya | 523,52 | 19,6 % | 2 071,75 | 18,63 % |
| İran | 1 078,58 | 2,9 dəfə | 1 799,73 | 2,9 dəfə |
| Belarus | 331,27 | 24 % | 1586,86 | 30,48 % |
| Ukrayna | 193,12 | -10,63 % | 807,64 | -2,69 % |
| Finlandiya | 176,64 | 1,67 % | 803,43 | 4,63 % |
| Polşa | 155,87 | 15,62 % | 558,08 | 29,54 % |
| Səudiyyə Ərəbistanı | 198 | -41,41 % | 396,72 | -44,15 % |