Azərbaycan Çindən yer fıstığı alışını 11 dəfə artırıb
- 29 may, 2024
- 13:16
Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 3,36 milyon ABŞ dolları dəyərində 1 min 965 ton yer fıstığı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 25,5 % çoxdur.
Hesabat dövründə Azərbaycan Özbəkistandan 1,12 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49 % çoxdur) 757 ton (+25 %), Braziliyadan 1,1 milyon ABŞ dolları dəyərində (+3,7 dəfə) 585 ton (+3 dəfə), Çindən 484 min ABŞ dolları dəyərində (+11 dəfə) 270 ton (+11 dəfə), Hindistandan 375 min ABŞ dolları dəyərində (-39 %) 218 ton (-49 %), Misirdən 144 min ABŞ dolları dəyərində (+43 %) 85,5 ton (+37 %) yer fıstığı alıb.
2023-cü ildə Azərbaycana 10 ölkədən idxal edilmiş 5 min 521 ton yer fıstığın 29,3 %-i Özbəkistanın, 25,1 %-i Braziliyanın, 23,6 %-i Hindistanın payına düşüb.