Azərbaycan Çindən düyü idxalını 2 min dəfə artırıb
- 04 aprel, 2023
- 09:16
2023-cü ilin ilk ayında Azərbaycana xarici ölkələrdən 8 milyon ABŞ dolları dəyərində 8 min 923 ton düyü idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Hindistandan 7,63 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 8 min 398 ton (+2,8 dəfə), Qazaxıstandan 155 min ABŞ dolları dəyərində (+4,1 %) 203 ton (-33 %), Çindən 119 min ABŞ dolları dəyərində (+595 dəfə) 143 ton (+2043 dəfə), Pakistandan 117 min ABŞ dolları dəyərində (+46,3 %) 172 ton (+74 %), Türkiyədən 10 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 4 ton (+60 %) düyü gətirib.
Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycana idxal edilən (22 ölkədən) 50 min 236 ton düyünün 74,8 %-i Hindistanın payına düşüb.