Azərbaycan Braziliyadan mal əti tədarükünü 5 dəfə artırıb
- 27 iyun, 2024
- 13:35
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 14,4 milyon ABŞ dolları dəyərində 3 min 846 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynadan 8,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 1 min 931 ton (+2,5 dəfə), Belarusdan 1,9 milyon ABŞ dolları dəyərində (+54 %) 499 ton (+73 %), Braziliyadan 1,63 milyon ABŞ dolları dəyərində (+8,3 dəfə) 774 ton (+5 dəfə), Hindistandan 1,331 min ABŞ dolları dəyərində (+19 %) 468 ton (+6,4 %), Moldovadan 259 min ABŞ dolları dəyərində 80 ton (bir il əvvəl tədarük olmayıb) mal əti alıb.
2023-cü ildə Azərbaycana 21 ölkədən idxal edilmiş 8 min 168 ton mal ətinin 46,7 %-i Ukraynanın payına düşüb.