Azərbaycan Bolqarıstandan pestisid alışını bərpa edib

ASK
  • 04 fevral, 2025
  • 10:14
Azərbaycan Bolqarıstandan pestisid alışını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 51,84 milyon ABŞ dolları dəyərində 8 217 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 % azdır, kəmiyyət olaraq – 12 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 27,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % çoxdur) 4 359 ton (+8 %), Rusiyadan 6,1 milyon ABŞ dolları dəyərində (+31 %) 695 ton (+36 %), Çindən 5,2 milyon ABŞ dolları dəyərində (-13 %) 917 ton (+5 %), Almaniyadan 3,15 milyon ABŞ dolları dəyərində (-19 %) 448 ton (+36 %), İordaniyadan 1,3 milyon ABŞ dolları dəyərində (+32 %) 117 ton (+95 %) məhsul alıb.

Azərbaycan 3 ilin tamamında Bolqarıstandan tədarükü (0,13 min ABŞ dolları dəyərində 0,01 ton) bərpa edib.

2023-cü ildə Azərbaycana 41 ölkədən idxal edilmiş 8 min 233 ton pestisidin 55,1 %-i Türkiyənin payına düşüb.