Azərbaycan Belarusa yemiş ixracını bərpa edib
- 23 sentyabr, 2022
- 13:13
Bu ilin ilk 7 ayı ərzində Azərbaycandan xaricə 277,25 min ABŞ dolları dəyərində 441,92 ton yemiş göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34,4 %, kəmiyyət olaraq – 21,7 % azdır.
Rusiyaya 221,18 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44,5 % azdır) 262,71 ton (-34,8 %), Ukraynaya 34,23 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 114,41 ton (+2 dəfə) və Belarusa 21,84 min ABŞ dolları dəyərində 64,8 ton məhsul satılıb.
On il 6 aylıq fasilədən sonra Belarusa tədarük bərpa edilib.
Hesabat dövründə Azərbaycana 74,36 min ABŞ dolları dəyərində 91,73 ton yemiş idxal edilib ki, bu da bir il əvvəli göstəricilərdən müvafiq olaraq 16 % və 19,2 % azdır.
İrandan 39,21 min ABŞ dolları dəyərində (-34 %) 56,01 ton (-34 %), Türkiyədən 18,28 min ABŞ dolları dəyərində (+29 %) 26,12 ton (+24 %), Tailanddan 9,28 min ABŞ dolları dəyərində (+4,6 %) 2 ton (dəyişməyib), Kosta-Rikadan 4,95 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 4,95 ton (+3 dəfə) və Braziliyadan 2,6 min ABŞ dolları dəyərində (-36,6 %) 2,65 ton (-38,2 %) məhsul alınıb.