Azərbaycan BƏƏ-yə tütün satmağa başlayıb

ASK
  • 30 oktyabr, 2024
  • 08:24
Azərbaycan BƏƏ-yə tütün satmağa başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 15,74 milyon ABŞ dolları dəyərində 5 min 148 ton tütün ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,8 dəfə, kəmiyyət olaraq – 3,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İtaliyaya 4,11 milyon ABŞ dolları dəyərində 1 327 ton (bir il əvvəl tədarük olmayıb), Bolqarıstana 3,62 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 dəfə çoxdur) 1 179 ton (+6,1 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2,3 milyon ABŞ dolları dəyərində 505,52 ton, Yunanıstana 1,88 milyon ABŞ dolları dəyərində (+22 dəfə) 657 ton (+33 dəfə), Rusiyaya 1,2 milyon ABŞ dolları dəyərində (-30 %) 614 ton (-37 %) məhsul satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-yə tədarük həyata keçirilib.