Azərbaycan BƏƏ və Braziliyaya tütün ixrac etməyə başlayıb

ASK
  • 13 dekabr, 2024
  • 10:12
Azərbaycan BƏƏ və Braziliyaya tütün ixrac etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 20 milyon ABŞ dolları dəyərində 6 min 103 ton tütün ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq – 3,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 5,74 milyon ABŞ dolları dəyərində 1 164 ton, İtaliyaya 4,18 milyon ABŞ dolları dəyərində 1 min 347 ton (bir il əvvəl tədarük olmayıb), Bolqarıstana 3,81 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6,7 dəfə çoxdur) 1 252 ton (+6 dəfə), Yunanıstana 2,1 milyon ABŞ dolları dəyərində (+24 dəfə) 710 ton (+36 dəfə), Rusiyaya 1,39 milyon ABŞ dolları dəyərində (-27 %) 710 ton (-33 %) məhsul satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Braziliyaya (246,5 min ABŞ dolları dəyərində 93 ton) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti