Azərbaycan Almaniyadan ketçup idxalını 35 dəfə artırıb

ASK
  • 10 oktyabr, 2022
  • 12:37
Azərbaycan Almaniyadan ketçup idxalını 35 dəfə artırıb

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan 1,91 milyon ABŞ dolları dəyərində 1 min 325 ton ketçup idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,3 % çoxdur, kəmiyyət olaraq – 3,8 % azdır.

Hesabat dövründə Rusiyadan 1,172 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəridən 26,6 % çoxdur) 770,3 ton (+5,6 %), Türkiyədən 439,84 min ABŞ dolları dəyərində (-1,9 %) 338,86 ton (-6,3 %), Qazaxıstandan 67,82 min ABŞ dolları dəyərində (+14,5 %) 66,21 ton (+4 %), Almaniyadan 58,35 min ABŞ dolları dəyərində (+17 dəfə) 35,35 ton (+35 dəfə), Bolqarıstandan 39,47 min ABŞ dolları dəyərində (-61,5 %) 37,06 ton (-41,3 %) məhsul alınıb.

Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (23 ölkədən) aldığı 2 min 669 ton ketçupun 56,4 %-i Rusiyanın payına düşüb.