Azərbaycan Almaniyadan kərə yağı idxalını kəskin artırıb
- 31 mart, 2023
- 13:42
2023-cü ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 5,122 milyon ABŞ dolları dəyərində 817,3 ton kərə yağı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11,3 %, kəmiyyət olaraq – 21,2 % azdır.
Azərbaycan Yeni Zelandiyadan 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % azdır) 259,21 ton (-42 %), İrandan 1,35 milyon ABŞ dolları dəyərində (+44 %) 310 ton (+39 %), Almaniyadan 498,4 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 60 ton (+3 dəfə), Ukraynadan 461,2 min ABŞ dolları dəyərində (-42,4 %) 80 ton (-42 %), Finlandiyadan 317,4 min ABŞ dolları dəyərində (+40 %) 40 ton (-0,7 %) məhsul gətirib.
Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycana idxal edilən (18 ölkədən) 17,3 min ton kərə yağının 37,4 %-i Yeni Zelandiyanın, 35 %-i İranın payına düşüb.
Hesabat dövründə Azərbaycan xaricə 1 milyon ABŞ dolları dəyərində (+5,3 dəfə) 160 ton (+4,1 dəfə) kərə yağı ixrac edib. Azərbaycan bu məhsulu bir il əvvəl də olduğu kimi ancaq Rusiyaya satıb.