Azərbaycan ABŞ-dan badam alışını kəskin artırıb

ASK
  • 07 iyun, 2023
  • 13:16
Azərbaycan ABŞ-dan badam alışını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricdən 1,413 milyon ABŞ dolları dəyərində 252 ton badam alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 92,2 %, kəmiyyət olaraq – 2 dəfə çoxdur.

Azərbaycan Amerika Birləşmiş Ştatlarından 1,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 235,5 ton (+2,2 dəfə), Avstraliyadan 90,41 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 13,22 ton (+2,6 dəfə), İrandan 15 min ABŞ dolları dəyərində (+25 %) 2,14 ton (+39 %), Birləşmiş Ərəb Əmirliklərindən 3,73 min ABŞ dolları dəyərində 0,21 ton (bir il əvvəl tədarük olmayıb), Lüksemburqdan 3,12 min ABŞ dolları dəyərində (-15 %) 0,18 ton (-22 %) məhsul idxal edib.

Hesabat dövründə Azərbaycandan xaricə 341,3 min ABŞ dolları dəyərində (+80 %) 131 ton (+49 %) badam göndərilib.

Azərbaycan Özbəkistana 205,8 min ABŞ dolları dəyərində (+9 %) 106,9 ton (+22 %) və Rusiyaya 135,44 min ABŞ dolları dəyərində (+6 750 dəfə) 24 ton (+2 400 dəfə) məhsul satıb.

Son xəbərlər

Bütün Xəbər Lenti